
“Şamaxı" Premyer Liqanın 26-cı turunda "Sabah"a qalib gəlib.
Sportinfo.az xəbər verir ki, Şamaxı şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Otuzuncu dəqiqədə Edqar Adilxanov fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran "Şamaxı" yeddinci pillədə qərarlaşıb. Paytaxt klubu 34 xalla beşinci sıradadır.
“Şamaxı” – “Sabah” 1:0
Qol: Edqar Adilxanov, 31
Şamaxı şəhər stadionu, 1500 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Eyyub İbrahimov
Dördüncü hakim: Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqələr: Fəxri Məmmədli, 90+5 (qeyri-idman hərəkəti) // Xəyal Əliyev, 64 (qeyriidman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 7 dəq.
“Şamaxı”: 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli (k) (5. Arsen Ağcabəyov, 76) 6. Rauf Rüstəmli (18. Cəlal Hüseynov, 82) 82. Rüfət Abbasov 24. Edqar Adilxanov (19. Fəxri Məmmədli, 82) 12. Maykl Tuik 32. Vasiliye Radenoviç 93. Brahim Konate (23. Murad Vəliyev, 82) 30. Andrey Tirkoveanu (33. Alfons Msanqa, 67) 3. Vladislav Veremeyev 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov 62. Abdulla Seydəhmədov 60. Səbayıl Bağırov 14. Vüsal Məsimov
Baş məşqçi: Ayxan Abbasov
“Sabah”: 92. Stas Pokatilov 17. Tellur Mütəllimov 9. Anatoli Nuriyev (15. Seymur Məmmədov, 67) 5. Rəhman Daşdəmirov 88. Xəyal Əliyev 7. Boyan Letiç (18. Pavol Safranko, 46) 4. Sofian Çakla 70. Cesse Sekidika (k) 3. Con İrasabal 13. İvan Lepiniça 33. Umarali Raxmonaliyev (99. Neqoş Kupusoviç, 67)
Ehtiyat oyunçular: 1. Yusif İmanov 55. Nicat Mehbalıyev 10. Namik Ələskərov 32. Elgün Dünyamalıyev 40. İqor Noqeyra 12. Vinsent Till
Baş məşqçi: Vasili Berezutski