
Daha əvvəl xəbər verdiyimiz kimi, "Şamaxı" daha bir transferi gerçəkləşdirib.
"Şirlər" son olaraq İraqın "Erbil" klubunda çıxış edən Kollin Andersonla anlaşıb.
Yeni transfer Premyer Liqanın 26-cı turunun "Şamaxı" - "Sabah" matçındadır.
O, komandanın kapitanı Leroy Mikelslə bərabər arenadan oyunu izləyir.
Onun özəl fotosunu sizə təqdim edirik.
Belajdi Pusini «"Fakel"ə satan "Şamaxı bu gün yeni transfer həyata keçirib.
Yamaykalı ilə 3 aylıq müqavilə imzalanıb.
25 yaşlı Kollin hücumameylli yarımmüdafiəçidir. Karyerasına yerli “Kavalyer”də başlayan oyunçu ikinci zonanın həm mərkəzində, həm də cinahlarında çıxış edə bilir.
Şans qazansa, hücum fazasında da özünü sınamaqdan imtina etməz. 2022-2023-cü illəri Şimali Makedoniyada keçirən Amerika qitəsinin nümayəndəsi “Breqalnika Stip”in uğurları üçün tər töküb.
Ötən ilin yayında isə Balkan yarımadasından İraqa üz tutub, “Erbil”lə müqavilə imzalayıb. İki ay öncə isə ərəb ölkəsindən ayrılıb və azad agent statusu alıb.
O, 2023-cü ildə ölkəsinin əsas yığmasına dəvət alıb və bu müddətdə 2 oyuna çıxıb.
XANOĞLAN / SPORTİNFO.AZ