Azərbaycan komandasından ƏN YENİ TRANSFER - Az öncə...

9 Mart 14:00 Şamaxı 2 100
Azərbaycan komandasından ƏN YENİ TRANSFER - Az öncə...

Belajdi Pusini «Fakel»ə satan «Şamaxı» bu gün yeni transfer həyata keçirib.

Premyer Liqada qalmaq iddiasında olan «şirlər» növbəti legionerlə anlaşıb.

Kollin Antoni Anderson artıq Azərbaycandadır. Yamaykalı ilə 3 aylıq müqavilə imzalanıb.

25 yaşlı Kollin hücumameylli yarımmüdafiəçidir. Karyerasına yerli “Kavalyer”də başlayan oyunçu ikinci zonanın həm mərkəzində, həm də cinahlarında çıxış edə bilir.

Şans qazansa, hücum fazasında da özünü sınamaqdan imtina etməz. 2022-2023-cü illəri Şimali Makedoniyada keçirən Amerika qitəsinin nümayəndəsi “Breqalnika Stip”in uğurları üçün tər töküb.

Ötən ilin yayında isə Balkan yarımadasından İraqa üz tutub, “Erbil”lə müqavilə imzalayıb. İki ay öncə isə ərəb ölkəsindən ayrılıb və azad agent statusu alıb.

O, 2023-cü ildə ölkəsinin əsas yığmasına dəvət alıb və bu müddətdə 2 oyuna çıxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti