"Məqsədimiz ən azı təhlükəli pillələrdən uzaqlaşmaq və daha yuxarılara qalxmaqdır"

01:20 Şamaxı 168
"Məqsədimiz ən azı təhlükəli pillələrdən uzaqlaşmaq və daha yuxarılara qalxmaqdır"

“Çətin oyun olacağını bildiyimiz üçün çox yaxşı hazırlaşmışdıq.

Rəqibin bizə harada və necə çətinlik yaradacağını analiz etmişdik.

Ona görə həmin boşluqları bağladıq və nəticədə rəqib bizə çətinlik yarada bilmədi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın futbolçusu Rauf Rüstəmli deyib.

21 yaşlı yarımmüdafiəçi “Səbail”ə 2:0 hesabı ilə qalib gəldikləri matç haqda danışıb və komandasının turnir cədvəlindəki vəziyyətini dəyərləndirib:

“Ağır qarşılaşma olsa da, əsas odur ki, qələbə qazandıq. Komandamı göstərdiyi oyuna görə təbrik edirəm.

Artıq növbəti matçlara hazırlaşacağıq. Bildiyiniz kimi, turnir cədvəlində autsayderlər sırasında yer alırıq.

Məqsədimiz ən azı təhlükəli pillələrdən uzaqlaşmaq və daha yuxarılara qalxmaqdır. Ona görə hər oyuna final matçı kimi hazırlaşırıq”.

Digər Xəbərlər
Xəbər Lenti