Premyer Liqa klublarının göz qoyduğu adam “Sportinfo”ya etiraf etdi

3 Mart 23:00 Şamaxı 276
Premyer Liqa klublarının göz qoyduğu adam “Sportinfo”ya etiraf etdi

“Şamaxı”da əla mövsüm keçirən Rikardo Fernandes Premyer Liqa klublarının diqqətindədir.

Bölgə təmsilçisi ilə müqaviləsinin müddəti yayda başa çatacaq poltuqaliyalı kiperin karyerasını “Şamaxı”da davam etdirəcəyi inandırıcı görünmür.

Artıq xeyli vaxtdır Azərbaycanın aparıcı klubları Rikardo ilə yaxından maraqlanır. Hətta xarici klublardan da təkliflərin olması haqda məlumatlıyıq.

Fernandes Sportinfo.az-a açıqlamasında hazırkı klubundakı gələcəyi və karyerasındakı mümkün yenilik barədə danışıb:

“Bu işlərlə agentim məşğul olur. Mənim işim meydandadır, meydandan kənardakı suallara menecerim cavab verir.

Yalnız onu deyə bilərəm ki, Azərbaycanda özümü xoşbəxt hiss edirəm və burada olmaqdan məmnunam. Premyer Liqanın səviyyəsi ürəkaçandır, insanların özümə qarşı münasibətini bəyənirəm.

Lakin gələcəkdə nə baş verəcəyini mövsüm başa çatandan sonra görəcəyik. Bu dəqiqə bütün fikrim “Şamaxı”yladır”.

Vaxtilə Portuqaliyanın U-20 millisinin şərəfini qorumuş 30 yaşlı qapıçı cari mövsümdə 24 oyunun hamısında meydanda olmaqla qapısında 31 top görüb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 11:20 Bir az da siz…