Rahat deyil: "Hər an sonuncu pilləyə düşə bilərik"

3 Mart 20:10 Şamaxı 250
Rahat deyil: "Hər an sonuncu pilləyə düşə bilərik"

"Şamaxı" Premyer Liqanın 25-ci turu çərçivəsində səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib.

Sportштащ.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jsualları cavablandırıb:

- Komandamı və azarkeşlərimizi təbrik edirəm. Səfərdə bizi tək qoymadılar, yaxşı dəstək oldular. Çoxdandır ki, bu xalı, qələbəni haqq edirdik. Önəmli oyun idi. Qışdan sonra "Səbail" bircə "Qarabağ"a uduzmuşdu. Mövsümün ikinci yarısına çox yaxşı başlamışdılar. İlk dəqiqələrdə oyunumuz istədiyimiz kimi alınmadı. Ondan sonra futbolçularım toparlandı, tapşırıqları yerinə yetirməyə çalışdılar. İkinci hissə tam üstünlüyümüz şəraitində keçdi. Böyükhesablı qələbə ola bilərdi. Premyer Liqada qalmaq üçün sona qədər biz də mübarizə aparacağıq.

- Bu qələbə gələcək oyunlara komandanı kökləməyə nə dərəcədə təsir edəcək?

- Rəqibimizdən 6 xal irəlidəyik. Qışdan sonra pis oyunumuz olmamışdı.Təəssüf ki, uduzurduq. Sadə səhvlər edirdik. Futbolçularda konsentrasiya yaxşı idi. Müdafiədə yaxşı oynadıq. Qələbə gələcək üçün motivasiyadır.

- İki fərqli hissə izlədik. Niyə ilk hissədə oyununuz alınmadı?

- "Səbail" matça yaxşı başlamışdı. Onlar evdə çox yaxşı oynayırlar. Cavid Hüseynov gələndən komanda fərqlənir. Amma qapımız qarşısında təhlükə yox idi.

- Sonuncu səfər qələbənizi sentyabr ayında qazanmışdız. 8 oyun idi ki, səfərdə qalib gəlmirdiz. Bu gün uduzsaydız, sonuncu pilləyə yuvarlana bilərdiz. Bu qədər yükün altından necə çıxdız?

- Bunların hamısını hər gün fikirləşirik. Məşqçilik stressli işdir. Bunu fikirləşsək də, komandaya biruzə verməməliyik. Sonuncu pilləyə düşə bilərdik. Bu gün sonuncu yerdəki komanda da dəyişə bilər. Fərq 4-6 xaldır. Bunu fikirləşib, tam da özümüzü stressə salmırıq. Amma onu da düşünürük ki, hər an sonuncu pilləyə düşə bilərik. Bu qələbə bizi daha da irəli apardı.

- Kapitan sarğısı tez-tez dəyişir. Onu nəyə əsasən dəyişirsiz?

- Yeni kapitan lazım idi meydançada. Səbayıl Bağırov, Arsen Ağcabəyova güvənmişik. Onlar olmayanda, kapitanlığı Leroy Mikelsə vermişdik. O da olmayanda, sarğını Rafael Məhərrəmliyə veririk.

- Leroy Mikels "Sabah"a qarşı oynayacaq?

- Çətin. Ağır zədədir. "Sabah"la yoldaşlıq görüşündə ilk dəfə zədələnmişdi. "Zirə" və "Neftçi" ilə görüşlərdə ayağında sümük zədəsi yarandı. Müalicə olunur.

Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 11:20 Bir az da siz…