
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan «Şamaxı»dan yeni xəbər var.
I Liqanın çempionu olaraq elitaya dönən «şirlər» Ayxan Abbasovla işbirliyini davam etdirmək niyyətindədir.
Əyalət təmsilçisi ötən ilin iyununda sükan arxasına gətirdiyi mütəxəssisə 2 illik müqavilə təklif edib.
«Şamaxı» 24 tura 21 xal toplayıb və turnir cədvəlində 8-ci pilləni tutur. Rəhbərlik hətta komanda I Liqaya yuvarlansa belə, əksəriyyətin “Patron” kimi tanıdığı çalışdırıcının burada qalmasına tərəfdardır.
Təklifə əsasən, Ayxan Abbasov verəcəyi qərardan çox şey asılıdır. Əgər o, «razıyam» söyləyərsə, «Şamaxı»nın gələn mövsümə aid büdcəsində artım edilməsi nəzərdə tutulur.
SPORTİNFO.AZ