“Mənə çox qəribə gəlir ki, hamıya sponsor tapılır, bir bu klubdan başqa”

27 Fevral 16:40 Şamaxı 3 287
“Mənə çox qəribə gəlir ki, hamıya sponsor tapılır, bir bu klubdan başqa”

«Mənə çox qəribə gəlir ki, hamıya sponsor tapılır, bir bu klubdan başqa».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Şamaxı»nın İdarə Heyətinin sədr müavini Ramiz Məmmədov deyib.

O bildirib ki, təmsilçisi olduğu əyalət klubu Premyer Liqada himayədarsız qalan yeganə iştirakçıdır: «

Bu, qətiyyən yaxşı hal deyil. Sponsor dəstəyi olmadan çempionatda normal mübarizə aparmaq çox çətin məsələdir.

Premyer Liqada xərc xeyli çoxdur. AFFA-nın verdiyi aylıq 300 min manat heç bir kluba çatmır. Federasiya sağ olsun, yenə klublara bu qədər kömək edir.

Ancaq əlbəttə ki, normal fəaliyyət göstərmək üçün əlavə sponsorların olması mütləqdir. Mən sevinirəm ki, «Kəpəz» və «Mingəçevir» də artıq yeni sponsor tapıb.

Bircə «Şamaxı» qalıb. Nədənsə bu klub diqqətdən kənarda qalıb.

«Şamaxı»ya AFFA-dan savayı, yalnız rayonun rəhbərliyi köməklik göstərir. Azərbaycan zəngin ölkədir, nə qədər böyük şirkətlər, iş adamları var.

Onların birini «Şamaxı»ya cəlb etmək olmaz ki? Təbiəti gözəl rayondur, futbol üçün orada hər cür infrastruktur yaratmaq olar.

Şamıxıda böyük baza tikmək, akademiya yaratmaq mümkündür. Baxmayaraq ki, böyük futbol Şamaxıya cəmi bir neçə ildir gəlib, rayonda istedadlı uşaq və yeniyetmələr kifayət qədərdir.

Onlara yol açmaq, gəncləri irəli çəkmək lazımdır. Ümumiyyətlə, bölglərdə sponsorlu klubların sayını daha da artırmaq vacibdir.

Çox istərdim ki, səlahiyyətli qurumlar, şəxslər «Şamaxı»nın vəziyyətini nəzərə alsınlar, ona spaonsor tapılmasında öz köməkliklərini göstərsinlər».

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu