.jpg)
Premyer Liqanın 25-ci turunun əhəmiyyətli matçlarından biri Bakıda keçiriləcək.
Elitada qalmaq üçün amansız mübarizə aparan iki kollektiv - "Səbail"lə "Şamaxı" üz-üzə gələcək.
Vacib matç öncəsi bölgə klubunun lideri Leroy Mikels kollektiv məşqlərə qoşulub.
29 yaşlı vinger zədə səbəbindən son 3 görüşü komandasına kömək edə bilmirdi.
Bakıda bərpasını başa vuran kapitan bu gündən Ayxan Abbasovun sərəncamında olacaq.
Bu isə o deməkdir ki, "Şamaxı"nın döyünən ürəyini Bayıl təmsilçisi ilə qarşılaşmada meydanda görə biləcəyik.
O, bu mövsüm "şirlər"in heyətində meydana çıxdığı 18 matçda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ