5-10 manatdan ötrü komandanın kürəyinə “xəncər sapladılar”

25 Fevral 15:00 Şamaxı 993
5-10 manatdan ötrü komandanın kürəyinə “xəncər sapladılar”

Son vaxtlar «Şamaxı»da dəngələr pozulub.

Bir gərginlik yaranıb.

Rəhbərlik Belajdi Pusinin «Fakel»ə satılmasına izn verməklə, həm komandaya, həm də baş məşqçiyə kürəkdən zərbə vurmuş oldu.

Bunu qəsdən etdilər. Bank borcundan qurtulmaqdan yana belə bir hərəkəti özlərinə rəva gördülər.

Pusi qolçu deyildi, hər tur rəqib qapılarına yol tapmırdı. Ara-sıra fərqlənirdi, amma fərqlənirdi, komandaya azdan-çoxdan qatqı verirdi.

Leroy Mikels zədəli, Maykl Tulk hələ hazırlıqsızdır - belə durumda albaniyalı forvardın satışı yolverilməzdir.

«Şamaxı»nın həvəskar idarəçiləri bununla göstərdi ki, onları pul daha çox maraqlandırır, nəinki komandanın Premyer Liqada qalması.

Pusi qalacaq, bəlkə də «Şamaxı»nı elitada saxlayacaq qol, yaxud qollar vuracaqdı.

«Turan Tovuz»la oyunda Ayxan Abbasovun gözü onu hər yerdə gəzdi, axtardı, lakin tapa bilmədi.

Komanda həminkidir: yenə qaçır, toplu-topsuz hərəkət edir, rəqibin cərimə meydançasına soxulmağa çalışır, mərkəzdən və cinahlardan müdafiənin arxasına «diversant» atır. Hər şey var, o qol yoxdur.

«Turan Tovuz» önündə 3-4 real fürsəti əldən çıxardılar. Top tirdən döndü, qapının üstündən, yanından keçdi, ancaq «çərçivə»yə düşmədi ki, düşmədi1

Bu, yəqin ki, ilahi əməlidir.

Fövqəlbəşər qüvvə bununla «Şamaxı» rəhbərliyinə anlatdı ki, böyük ideyaları kiçik maraqlara qurban vermək olmaz, verəcəksizsə, görəcəkləriniz də var, buyurun, indi də üzüntü yaşayın!

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu