“Ona görə Azərvbaycan klubuna 100 min veriblər, xilaskar kimi dəvət olunub”

25 Fevral 13:40 Şamaxı 892
“Ona görə Azərvbaycan klubuna 100 min veriblər, xilaskar kimi dəvət olunub”

Rusiya mətbuatı “Şamaxı”nı “Fakel”ə dəyişən Belajdi Pusinin transferindən yazıb.

Sportinfo.az xəbər verir ki, “football24.ru” albaniyalı hücumçunun gəlişini bu cür şərh edib:

“Voronejlilər təhlükədədir: turnir cədvəlinin son pilləsindən bir xal uzaqdadırlar. Pusi hazırkı vəziyyətdə xilaskar kimi dəvət olunub.

Maraqlı soyadlı alban hücumçu "Şamaxı"dan 100 min avroya transfer edilib. 2024/2025 mövsümündə Belajdi 22 oyun keçirib, beş qol vurub və dörd məhsuldar ötürmə verib.

O, həmçinin 8 dəfə sarı vərəqə ilə cəzalandırılıb. 27 yaşlı forvard karyerasının son iki ilini Azərbaycanda keçirib”.

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu