
"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 24-cü turunda "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları oyundan danışıb.
Sportinfo.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"İlk öncə azarkeşlərimizə minnətdarıq ki, soyuq havada komandamızı dəstəklədilər. Oyun haqqında qısa danışacağam.
Biz oynadıq, "Turan Tovuz" qələbə qazandı. Bir epizoda girdilər, qol oldu.
Amma biz 3 dəfə yüz faizlik epizodu dəyərləndirə bilmədik. Bir qol lazım idi, amma bunu edə bilmədik.
Gələn oyunlara baxacağıq, çempionat davam edir".