“Onlar yoxdursa, digərləri var” - Sualın “altından” elə çıxdı ki...

11:05 Şamaxı 254
“Onlar yoxdursa, digərləri var” - Sualın “altından” elə çıxdı ki...

“Tovuzdakı meydanda əziyyət çəkən futbolçuların zəhmətini yerə vura bilmərəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın qapıçısı Rikardo Fernandes deyib.

Premyer Liqanın 23-cü turu çərçivəsində “Kəpəz”lə Tovuzda baş tutan qarşılaşmada (1:1) şamaxılılar meydana iki ciddi itki ilə çıxmışdı. Komandanın əsas simaları - Leroy Mikels və Belajdi Pusi oyunda iştirak etmirdi.

Maraqlıdır, onların yoxluğu “şirlər”ə necə təsir edib? Leroyla Belajdi oynasaydı, “Kəpəz”i udmaq mümkün olardımı?

Rikardo verdiyi cavabla peşəkarlıq nümayiş etdirib:

“Biz bir ailəyik. Onlar yoxdursa, digərləri var və əllərindən gələni etməyə çalışdılar.

“Şamaxı” ayrı-ayrı futbolçulardan asılı deyil. Komandadakıların hamısı oynamağa layiqdir və “Şamaxı” üçün vacibdir.

Ona görə də birini digərindən fərqləndirmək istəmirəm. Önəmli olan odur ki, səfərdən xalla qayıtdıq”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 13:40 “Mən vacib deyiləm”