“Başımızı dik tutmalıyıq”

22 Fevral 20:20 Şamaxı 245
“Başımızı dik tutmalıyıq”

“Səfərdə oynadığımızı nəzərə alsaq, 1 xal pis deyi, ancaq daha yaxşı ola bilərdi”.

“Şamaxı”nın qapıçısı Rikardo Fernandes komandasının “Kəpəz”lə bərabərə qaldığı matç haqda Sportinfo.az-a açıqlama verib.

Şamaxılılar 90 dəqiqə boyunca diqtə edən tərəf olsa da, yaradılan şanslar boşa verildi.

Qonaq komanda demək olar bütün komponentlərdə rəqibini üstələyirdi. Lakin 3 xalı bayram etmək mümkün olmadı.

Portuqaliyalı kiper nəticəyə görə məyus deyil:

“Ötən tur “Sumqayıt”ı məğlub etmişdik. Bura da qələbə dalınca gəlmişdik.

Qol imkanlarını dəyərləndirə bilsəydik, sonluq başqa cür ola bilərdi.

Lakin uğurlu seriyanı qorumaq baxımından heç-heçəni də sərfəli nəticə saya bilərik. Başımızı dik tutub, qarşıdakı oyunlara hazırlaşacağıq”.

Qeydə alınan 1:1 hesablı nəticədən sonra xalların sayını 21-ə yüksəldən “Şamaxı” 9-cu sıradakı “Kəpəz”i 2, sonuncu pillədəki “Səbail”i 4 xal qabaqlayır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 18:10 Çək və bizə göndər!
22 Fevral 13:40 “Mən vacib deyiləm”