
Sportinfo.az xəbər verir ki, “Şamaxı”nın fransalı yarımmüdafiəçisi Brahim Konate Premyer Liqanın 23-cü turunda “Kəpəz”lə keçirdikləri matç (1:1) haqda danışıb.
– Yaxşı oyun oldu və qol vurmaq üçün şanslarımız çox idi. Amma bir xalı götürdük. Düşünürəm ki, bu da yaxşı nəticədir.
– Səncə, heç-heçə ədalətli nəticə idi, yoxsa qələbənin əldən getməsinə görə təəssüf hissi var?
– Düşünürəm ki, iki xalı itirdik. Çünki bizim “Kəpəz”dən daha çox qol epizodlarımız var idi.
– Epizodlarınız çox oldu. Bəs qələbə qolunu vurmağa nə çatmadı?
– Son ötürmələrdə və zərbələrdə çatışmazlıqlar var idi.
– Son oyunlarda komandanın liderinə çevrilmisən. Öz performansını necə dəyərləndirirsən?
– Hər oyunda komandaya maksimum dərəcədə kömək etməyə çalışıram. Önəmli olan komandadır, mən yox. Qol vurdum, amma qələbə qazana bilmədik.
– Leroy Mikelsin yoxluğu komandaya necə təsir edir?
– Heyətdə hər kəs vacibdir. Komanda üçün önəmli oyunçudur. Bu gün burada deyildi, amma meydanda olan oyunçular da ortaya maksimum güclərini qoydular.
– Leroy Mikelsin yoxluğunda komandanın aparıcı üzvünə çevrildiyini düşünürsən?
– Futbol bir oyunçudan ibarət deyil. Burada hər kəsin əməyi var. Komandadakı hər kəs vacibdir.
– Növbəti oyunu “Turan Tovuz”a qarşı keçirəcəksiz. Bu matçdan gözləntilərin nədir?
– “Turan Tovuz”un necə çıxış etdiyini yaxşı bilirik, amma biz evdə oynayacağıq. Hər oyunda xal qazanmağa çalışırıq, hər şey mümkündür.