Azərbaycanı Rusiyaya dəyişdi, yeni klubu ilə müqavilə imzaladı

20 Fevral 09:20 Şamaxı 440
Azərbaycanı Rusiyaya dəyişdi, yeni klubu ilə müqavilə imzaladı

"Şamaxı"nın hücumçusu Belaydi Pusi karyerasını Rusiyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, albaniyalı forvard "Fakel"ə keçib.

Bu barədə yerli Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Belaydi Pusi mövsümün əvvəlindən "Şamaxı"da çıxış edirdi. Təcrübəli hücumçu bölgə klubunun heyətində meydana çıxdığı 22 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti