
"Şamaxı" Premyer Liqanın 23-cü turunda səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib.
Sportinfo.az xəbər verir ki, “şirlər”in braziliyalı hücumçusu Maykl Tuik matç haqda sualları cavablandırıb.
- Çətin oyun oldu. Bu bir xal bizim üçün çox önəmli idi.
- Növbəti turda "Turan Tovuz"la üz-üzə gələcəksiz. Bu oyundan gözləntilərin nədir?
- Bizi çox gərgin qarşılaşma gözləyir. İstirahətdən sonra üç gün vaxtımız olacaq. Çalışacağıq ki, məşqlərdə məşqçilərin tapşırıqlarını yerinə yetirək və oyuna tam hazır olaq.
- Belajdi Pusi və Leroy Mikelsin yoxluğunda 90 dəqiqə meydanda oldun. Öz performansını necə dəyərləndirirsən?
- Özümü yaxşı hiss edirəm. Əlbəttə ki, fiziki baxımdan daha da artırmağa ehtiyacım var. Addım-addım yaxşılığa doğru gedirəm.
- Premyer Liqaya və komandaya adaptasiyan necədir?
- Hər şey yaxşı gedir. Məşqçilər heyəti, komanda yoldaşlarım mənə kömək olur.
- Qış fasiləsindən sonra "Şamaxı" 1 qələbə qazanıb. Komandanın oyununda geriləmə hiss olunmur?
- Biz irəliləyirik. Komandada yeni oyunçular var. Daha yaxşı olacağıq.
- Premyer Liqada qalmaq uğrunda gərgin mübarizə gedir. Bu mübarizədə "Şamaxı"nın şanslarını necə dəyərləndirirsən?
- Biz güclü komandayıq, yaxşı məşqçilər heyətimiz var. Premyer Liqada qalmağa layiqik.
- Bir çox məşqçilərlə çalışmısan. Ayxan Abbasovun oyun üslubu haqda fikirlərin necədir?
- Baş məşqçimizin böyük təcrübəsi var. 31 yaşım olmasına baxmayaraq, ondan hər gün yeni şeylər öyrənirəm.