Ruslar bu qədər maaş verməyə razılaşdı, Azərbaycan klubunu qoyub qaçdı!

19 Fevral 09:00 Şamaxı 5 384
Ruslar bu qədər maaş verməyə razılaşdı, Azərbaycan klubunu qoyub qaçdı!

«Şamaxı»da «yarpaq tökümü» davam edir.

Son olaraq Belajdi Pusi düşərgədən ayrılıb.

Ötən ilin yayından bu tərəfə «şirlər»in formasını geyinən hücumçu Rusiyaya üz tutub. Albaniyalı legioner «Fakel»lə ilyarımlıq müqavilə imzalayıb.

Yerli premyerliqada mübarizə aparan Voronej təmsilçisi 1998-ci il təvəllüdlü forvarda az məvacib ödəməyəcək.

Azərbaycan Premyer Liqasında özünü yaxşı tərəfdən göstərə bilməyən Pusi elə pula görə «Şamaxı»nı yarıyolda qoyub. O, bu ölkədə hər ay 15 min dollar qazanacaq.

«Fakel» hazırda çətin vəziyyətdədir. Çempionatda işləri qətiyyən yaxşı getmir.

Geridə qalan 18 turda cəmi 2 qələbə qazanan komanda 14 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Aktivində 11 qol olan voronejlilərin passivində 8 heç-heçə və 8 məğlubiyyət var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”