Vacib oyunqabağı bölgə klubunda kapitanla bağlı ŞOK!

17 Fevral 09:40 Şamaxı 784
Vacib oyunqabağı bölgə klubunda kapitanla bağlı ŞOK!

"Şamaxı" Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində səfərdə "Kəpəz"in qonağı olacaq.

Premyer Liqada qalmaq uğurunda mübarizə aparan hər iki tərəf üçün vacib hesab edilən oyundan öncə qonaqların hücum xəttində ciddi problem yaranıb.

Albaniyalı forvard Belajdi Pusi cəzalıdır. 27 yaşlı futbolçu 22-ci turun "Sumqayıt"la matçında sarı vərəqə görərək cəzalı duruma düşüb.

Baş məşqçi Ayxan Abbasov əsas hücumçusunun yoxluğunda Leroy Mikelsin geridönüşünə ümid edirdi.

Amma kapitanın zədəsi ciddidir.

Həkimlərin bütün səyinə baxmayaraq almaniyalı legioneri "Kəpəz"lə görüşə hazır etmək mümkün olmayıb.

Hələ də məşqlərə qoşulmayan "10 nömrə"nin hansı tarixdə komandasına qoşulacağı sual olaraq qalır.

Qeyd edək ki, Tovuz şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Şamaxı" qarşılaşması 17 fevral tarixində, saat 16:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”