40 yaşlı qapıçıdan gələcəyi ilə bağlı MARAQLI QƏRAR

18 Fevral 23:40 Şamaxı 763
40 yaşlı qapıçıdan gələcəyi ilə bağlı MARAQLI QƏRAR

"Şamaxı"nın qapıçısı Kamal Bayramov karyerası ilə bağlı son qərarını verib.

Təcrübəli sima mövsümün sonunda futbolçu karyerasını başa vuracaq.

39 yaşlı çərçivə qoruyucusu aktiv futbolçu karyerasını sonlandırdıqdan sonra futbol sferasında qalacaq.

O, fəaliyyətini məşqçi kimi davam etdirəcək.

Maraqlısı odur ki, Bayramov qapıçı məşqçisi yox, komanda məşqçisi kimi yola çıxacaq.

Bayramov bu məqsədlə AFFA-nın məşqçilər üçün təşkil etdiyi C kateqoriyalı kurslara da qatılıb.

Peşəkar karyerasına "Muğan"da başlayan qapıçı ardınca "Turan Tovuz", "Xəzər Lənkəran", "Rəvan", "Araz-Naxçıvan" "Şüvəlan", "Zirə" və "Səbail"in də formasını geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”