Premyer Liqamızda 4 qol vurdu, konkret təkliflə qapısına gəldilər - SON DƏQİQƏ

14 Fevral 11:20 Şamaxı 3 985
Premyer Liqamızda 4 qol vurdu, konkret təkliflə qapısına gəldilər - SON DƏQİQƏ

«Şamaxı»nın müdafiəçisi Brahim Konate yeni təklif alıb.

Keçən ilin yayından Azərbaycanda çıxış edən fransalı legionerə Cənubi Kiperdən dəvət gəlib.

Adıçəkilən ölkənin yüksək liqasında mübarizə aparan «Omoniya 29» onun xidmətində maraqlıdır.

Bu kluba ona «Şamaxı»da qazandığından daha yüksək əməkhaqqı ödəməyə hazırdır.

Premyer Liqanın cari mövsümündə aktivinə 4 qol yazan Konatenin «şirlər»lə sözləşməsinin iyunda başa çatacağını bildirək.

1996-cı il təvəllüdlü mərkəz yarımmüdafiəçisi son olaraq İsraildə çıxış edib. O, «Hapoel Afula»nın formasını geyinib.

29 yaşlı fransız yerli “Oser”in yetirməsidir. Fransanın U-20 millisində 6 matç keçirib. Ölkəsində “Kamois Niortays”sın da şərəfini qoruyub.

Daha sonra İspaniyada “Fuenlabrada” və “Rayo Majadahonda”nın uğurları üçün tər töküb.

2023-cü ilin əvvəlində Litvada “Kauno Jalqris”a üz tutub, 6 ay sonra isə İsrailə yollanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”