“Verdiyi tapşırıqları yerinə yetirməkdən çəkinmirəm, ürəklə oynayıram”

10 Fevral 23:40 Şamaxı 231
“Verdiyi tapşırıqları yerinə yetirməkdən çəkinmirəm, ürəklə oynayıram”

“Sözsüz, hücumun sivri ucunda özümü rahat hiss edirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Şamaxı”nın yeni hücumçusu Maykl Tulk deyib.

Braziliyalı “şirlər”in qış fasiləsində sıraların qatdığı 7 yeni oyunçudan biridir.

Bölgə təmsilçisi “sambaçı” ilə ilyarımlıq (6 ay + 1 il) müqavilə imzalayıb.

”Sambaçı” əməkdaşımızın ”sənə doğma olan mövqe hansıdır” sualına cavabında bunları söyləyib:

”Ehtiyac yaranacağı halda, vinger kimi də kömək edə bilərəm. Qol vurmağı, epizod yaratmağı xoşlayıram.

Ümumiyyətlə, məşqçinin verdiyi tapşırıqları yerinə yetirməkdən çəkinmirəm, ürəklə oynayıram. Mən həmişə belə olmuşam.

”Şamaxı”ya da öz hədəflərimə çatmaq üçün gəlmişəm. Komanda Premyer Liqada qalsa, daha 1 il burada oynayacam”.

31 yaşlı forvardın son klubu Litvada “Hegelmann” olub. Ümumiyyətlə, o, karyerasının az qala yarısını Litva klublarına həsr edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 20:20 Razılaşdılar - VİDEO