"Baba" yaddan çıxmadı - FOTOLAR

17 Fevral 23:40 Şamaxı 373
"Baba" yaddan çıxmadı - FOTOLAR

"Şamaxı" cəbhəsi sadiq fanatını unutmadı.

Premyer Liqanın 22-ci turunda "şirlər" "Sumqayıt"ı qonaq edib.

Meydan sahiblərinin qələbəsi ilə bitən (1:0) görüşdə bir neçə gün əvvəl dünyasını dəyişən klubun sadiq azarkeşi Davud Fətəliyev həm tribunada, həm də meydanda yad edilib.

Onun fotosu azarkeşlər tərəfində qaldırılıb, "Davud Baba Allah rəhmət eləsin" yazılı pankart açılıb.

Futbolçular isə meydana "Səni unutmayacağıq, Davud baba" yazısı ilə çıxıb.

Kanatenin qolundan sonra üzərində Davud Fətəliyevin fotosu olan xüsusi hazırlamış mayka kameralara göstərilib.

Final fitindən sonra isə kollektiv qələbə fotosunda da həmin maykaya yer ayırıb.

Davud Fətəliyev "Şamaxı" Premyer Liqaya yüksəldiyi mövsümdən məşhurluq tapmışdı.

O, ev oyunlarında aktiv dəstəyi ilə seçilirdi. Xüsusilə rəqib baş məşqçilərə atmacaları hər kəsin diqqətini çəkirdi.

Stajlı futbol azarkeşi komandanın bütün ev oyunları ilə bərabər, həm də gündəlik məşqlərdə belə iştirak edirdi.

Allah rəhmət eləsin!

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”