«Bu gün əsas məqsədimiz Premyer Liqadakı yerimizi qorumaqdır».
«Səbail»in hücumçusu Madii Queta Sportinfo.az-a açıqlamasında belə deyib.
Qvineya-Bisaudan olan legioner mövsümün sonuna qədər elitada qalmaq uğrunda mübarizə aparacaqlarını bildirib:
«Qazanacağımız hər xal və ya xallar turnir cədvəlində üst pillələrə yüksəlməyimizə kömək edə bilər. Başa düşürəm, çətin olacaq.
Ancaq tapşırığın öhdəsindən gəlmək üçün hər şey edəcəyik. Premyer Liqanın üçüncü dövrəsinə yaxşı başlamışıq.
Üç oyuna 7 xal toplamışıq. Məncə, bu, kifayət qədər yaxşı göstəricidir.
Uğurlu seriyanı davam etdirmək, çempionatda qalmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik».