Futbolda hər işi şans və ya şansızlıq həll eləmir, yoluna qoymur.
Ümumiyyətlə, burada istənilən məsələni şansa bağlamaq, yaxud şansla bağlamaq olmaz.
Bunu deyən səhv deyir, inanmayın!
«Şamaxı» qış transfer bazarının ən aktiv oyunçularından biridir. Bəlli «qumar» oyunbazlığından dərin yara almış komandanı sağaltmaq niyyəti ilə Ayxan Abbasov 7 yeni oyunçunu düşərgəyə qatıb.
Bununla say düzəlib. Oyun da düzəlib. «Şamaxı» 12 xal topladığı ilk dövrəylə müqayisədə indi daha yaxşı təsir bağışlayır.
«Parazitlər»in təmizlənməsi prosesi bitəndən bəri bit çıxış yaranıb komandada. Özünəina bərpa olunub, istək artıb, hücumlarda kəsər artıb.
Bu iki ayın içində ətə-qana gəlib «Şamaxı». Şir kimi qazanmağı bacarmasalar da, hər halda buna cəhd edirlər, rəqiblərdən çəkinmirlər.
«Şamaxı» 7 oyunçu transfer edib, amma «ucuz ətin şorbası olmaz» deyimi burada da Ayxan Abbasovun kefinə soğan doğrayır.
Polanın aşağı liqasından gəlmiş ukraynalı müdafiəçi Vladislav Veremeyevin xətasına bayılmasan olmur. Amma bu, 4-5 min dollarlıq legionerin yanlışıdır.
Biri oldusa, biri də olacaq. Biri etdisə, digərləri də edəcək.
Çünki komandaya keyfiyyət qatacaq futbolçuları almağa büdcə imkan vermir.
Belə ucuzvari əcnəbilər isə kəsilməmiş qarpız kimidir: iki yerə bölməyənə kimi içi bilinmir.
MUSA