Premyer Liqanın 20-ci turu bu gün Şamaxıda start götürəcək.
Yerli komanda "Zirə"ni qonaq edəcək.
Matç öncəsi meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov komandanın lideri Leroy Mikelsdən şad xəbər olub.
Almaniyalı legioner zədəsini tam sağaldıb.
Son 3 məşqdə iştirak edən "10 nömrə" bu gün meydanda ola biləcək.
"Sabah" ilə qış fasiləsində keçirilən yoxlama görüşündə xəsarət alan kapitan bu səbəbdən ötən tur "Qarabağ"la görüşü buraxmalı olmuşdu.
29 yaşlı vinger bu mövsüm "Şamaxı" formasında keçirdiyi 16 matçda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ