COP29

Premyer Liqa klubu yerli futbolçusu ilə müqaviləni ləğv etdi

19:20 Şamaxı 219
Premyer Liqa klubu yerli futbolçusu ilə müqaviləni ləğv etdi

“Şamaxı” Emin Zamanov ilə yollarını ayırıb.

Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2023-cü ilin yanvarından komandada çıxış edən Zamanov ötən mövsüm komandamızla I Liqa çempionluğu yaşayıb, “Şamaxı” forması ilə ümumilikdə 18 qola imza atıb.

Klub Zamanova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

"Şamaxı" daha öncə Ramin Əhmədov, Qurban Səfərov, Zahid Mərdanov, Conatan Benteke ilə yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti