“Ümumiyyətlə, futbolda nəyisə söz vermək düzgün deyil”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nln yeni transferi Andrey Tirkovyanu deyib.
Rumıniyalı legioner bildirib ki, “şirlər”in başlıca məqsədi Premyer Liqadakı mövqeyini qorumaqdır:
“Bu mənada azarkeşlərə nə deyə bilərəm? Açığı, söz verməyi xoşlamıram.
Yalnız onu deyə bilərəm ki, yaxşı nəticələr qazanmaq üçün məşqlərdə və oyunlarda bacardığımızın ən yaxşısını edəcəyik”.
Bölgə təmsilçisi onunla ilyarımlıq müqavilə imzalayıb.
27 yaşlı futbolçu Azərbaycana gələnə qədər “Dinamo”(Buxarest), “Qaz Metan”, “Vitorul”, “Konkordiya”, “Botoşani” və “Arceş”də oynayıb.