"Şamaxı" qış təlim-məşq toplanışında sonuncu görüşünü "Sabah"la keçirdi.
Masazırda keçirilən qarşılaşmada bölgə klubu məğlub olmaqla (0:2) bərabər, liderini də itirdi.
Belə ki, matçın ikinci hissəsində zədə olan Leroy Mikels meydanı erkən tərk etməli oldu.
Həkim müayinəsindən keçən vingerin durumu klubda hər kəsi məyus edib.
Durum ürəkaçan deyil.
Dünənki məşqə qatıla bilməyən almaniyalı legionerin "Qarabağ"la görüşü də buraxacağı dəqiqləşib.
29 yaşlı futbolçu mövsümün əvvəli "şirlər"ə qoşulub.
Qısa müddətdə adından söz etdirən "20 nömrə" hazırda komandanın kapitanıdır.
O, arxada qalan 18 turda aktivinə 4 qol, 3 məhsuldar ötürmə yazdıra bilib.
XANOĞLAN / SPORTİNFO.AZ