COP29

Azərbaycana yeni gəldi, 6-7 qol vuracağını dedi

21:20 Şamaxı 584
Azərbaycana yeni gəldi, 6-7 qol vuracağını dedi

Qış transfer dönəminin ən fəalı “Şamaxı”dır.

Bölgə təmsilçisi heyətinə yeni qatdığı futbolçularla rəqiblərinə “mən də varam” mesajını göndərməkdə davam edir.

Braziliyalı Maykl Tuikə isə böyük ümidlər bəslənilir. Hücum xəttində çıxış edən "sambaçı" Belajdi Pusi ilə rəqabət aparmaq üçün gəlib. Və hədəfləri kifayət qədər yüksəkdir.

Tuik Sportinfo.az-a inamlı açıqlama ilə diqqət çəkib:

“İlk növbədə təcrübəmlə “Şamaxı”ya fayda verməyə çalışacağam. Vuracağım qolların, edəcəyim assistlərin komandamın xeyrinə işləyəcəyini düşünürəm.

Hər zaman hədəflərim böyük olub. Komandaya qış fasiləsində qoşulmuşam, birlikdə zaman keçirmək üçün vaxtımız azdır. Buna baxmayaraq, maya qədər 6-7 qol vuracağıma inanıram”.

Ötən mövsüm “Hegelmann”ın heyətində Litva çempionatında 35 oyunda forma şansı qazanan Tuik 9 qol və 3 assistlə diqqət çəkib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti