COP29

Üç ölkədə legioner həyatı yaşayan müdafiəçi indi də Azərbaycanda - SON DƏQİQƏ

09:00 Şamaxı 521
Üç ölkədə legioner həyatı yaşayan müdafiəçi indi də Azərbaycanda - SON DƏQİQƏ

Məqsədi Premyer Liqada qalmaq olan «Şamaxı» transfer bazarının ən aktiv üzvlərindəndir.

«Şirlər» bir-birinin ardınca yeni oyunçularla anlaşmaqdadır.

Əyalət təmsilçisi olaraq Ukraynadan mərkəz müdafiəçisi gətirib. Bu, Vladislav Veremeyevdir.

26 yaşlı donetskli yerli «Olimpik»in yetirməsidir. Ölkəsində «Dnepr», «Çernomorets», «Zvezda», «Sumı» və «Skorık»ın formasını geyinib.

İndiyədək 3 ölkədə legioner həyatı yaşayıb.

2020-2021-ci illərdə Estoniyada «Nome Kalyu»nun şərəfini qoruyub. 2023-cü ili Latviyada - «Elqava»da keçirib.

Ötən ilin ilk yarısında Çexiyaya üz tutub və «Zemplin»lə müqavilə bağlayıb. Bura da elə oradan gəlib.

Şamaxılılar Veremeyevlə 5 ay+1 illik müqavilə bağlamağı nəzərdə tutub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti