COP29

Ölkəmizə yeni gəldi, qiymət verdi: “Sərt oyunun dozası bir az artıqdır”

13 Yanvar 16:40 Şamaxı 356
Ölkəmizə yeni gəldi, qiymət verdi: “Sərt oyunun dozası bir az artıqdır”

“Şamaxı”nın yeni transferi Andrey Tirkovanyu artıq Bakıdadır.

Bölgə təmsilçisi ilə ilyarım müddətində müqavilə bağlayan 27 yaşlı hücumçu “Zirə”ylə yoldaşlıq görüşündə özünü göstərmək imkanı qazandı.

Karyerasının əsas hissəsini vətəni Rumıniyada keçirən Andrey sınaq matçında Azərbaycan çempionatındakı komandaların səviyyəsindən az-çox xəbərdar oldu.

Sportinfo.az-a danışan Rumıniyanın U-17 millisinin sabiq üzvü Azərbaycan futbolu barədə görüb, eşitdiklərini şərh edib:

“Bir neçə il əvvəl “Qarabağ”ın FCSB-yə qarşı yoldaşlıq oyununu görəndən sonra bilirdim ki, Azərbaycan çempionatı güclüdür.

Dostlarla danışanda da Azərbaycan Premyer Liqası ilə Rumıniya çempionatı arasında ciddi fərqin olmadığını eşitmişdim.

Bu gün bir daha şahidi oldum. Səviyyə aşağı-yuxarı eynidir. Sadəcə, burada sərt oyunun dozası bir az artıqdır”.

Andrey Tirkovanyu ölkəsində “Dinamo Buxarest”, “Qaz Metan”, “Vitorul”, “Konkordiya”, “Botoşani”, “Arceş” kimi komandaların formasını geyinib, Kanada “Pasifik”ində legioner həyatı yaşayıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
13 Yanvar 18:10 Çək və bizə göndər!
13 Yanvar 11:20 Biz sizə YER VERİRİK…