"Şamaxı" qış təlim-məşq toplanışı çərçivəsində "Sabah" ilə yoxlama görüşündə üz-üzə gəlir.
Masazırda keçirilən oyun 90 dəqiqə yox, hər biri 40 dəqiqədən ibarət olan 3 hissə nəzərdə tutulub.
Qarşılaşmanın 3-cü hissəsində bölgə klubu maraqlı addımla yadda qalıb.
Belə ki, kasad heyəti nəzərə alan baş məşqçi Ayxan Abbasov 3-cü qapıçı Abdulla Seydəhmədovu sahə oyunçusu kimi meydana buraxıb.
O, "tələblər"in 2:0 öndə olduğu matçda stoper mövqeyində çıxış edir.
Və meydanda olduğu 18 dəqiqə ərzində kifayət qədər yaxşı çıxış etdiyini qeyd etmək yerinə düşər.
XANOĞLAN / SPORTİNFO.AZ