“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov qış təlim-məşq toplanışında yoxlanışda olan legionerlə bağlı qərarını verib.
Söhbət türkiyəli hücumçu Serkan Dursundan gedir.
"Zirə" ilə sınaq matçının (1:5) ikinci yarısında forma geyinən forvardın performansı Abbasovu razı salmayıb.
Bu səbəbdən Dursun "Sabah"la ikinci yoxlama görüşünü gözləmədən düşərgədə ayrılaraq Türkiyəyə qayıdıb.
Məlumat üçün bildirək ki, hücunçu mövqeyində çıxış edən Serkan “Fənərbağça”dan və Türkiyə millisindən tanıdığımız Serdar Dursunun kiçik qardaşıdır.
XANOĞLAN / SPORTİNFO.AZ