“Şamaxı” daha bir futbolçu ilə yollarını ayırmağa hazırlaşır.
Ötən ilin yayında komandaya cəlb olunan Conatan Benteke bundan sonra bölgə təmsilçisinin formasını geyinməyəcək.
29 yaşlı belçikalı hücumçu ilə danışıqlar son mərhələyə çatıb. Vaxtilə “Liverpul”un şərəfini qorumuş Kristian Bentekenin kiçik qardaşı olan Conatanın özü də daha çox şans qazanacağı ünvana üz tutmaqda maraqlıdır.
Ayrılıq xəbərinin yaxın saatlarda açıqlanacağı gözlənilir.
Conatan Benteke cari mövsümdə “Şamaxı”nın formasında meydana çıxdığı 16 oyunda nə qol vurub, nə də məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ