“Şamaxı” Zahid Mərdanovla yolları ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
24 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Zahid Mərdanov 2023-cü ilin yanvarından Şamaxı komandasının formasını geyinirdi.