“Şamaxı” qış hazırlıq dönəmində ilk yoldaşlıq görüşünü keçirib.
Bölgə təmsilçisi Zirə İdman Kompleksinin meydanında yerli komanda ilə qarşılaşıb (1:5).
Ayxan Abbasov ikinci hissədə türkiyəli hücumçuya şans verib.
23 yaşlı Serkan Dursun baxışdan keçmək üçün Azərbaycana təşrif buyurub.
Abbasov “Zirə” və “Sabah”la sınaq matçlarından sonra Dursun barədə yekun qərarını bildirəcək.
Məlumat üçün bildirək ki, hücunçu mövqeyində çıxış edən Serkan “Fənərbağça”dan və Türkiyə millisindən tanıdığımız Serdar Dursunun kiçik qardaşıdır.
HƏBİB / SPORTİNFO.AZ