“Şamaxı” qış fasiləsində daha bir futbolçu transfer edib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi hücumçu Mikael Thuique Dias Santosu heyətinə qatıb. Braziliyalı forvardla il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.
31 yaşlı futbolçunun son klubu Litvada “Hegelmann” olub.
"Şamaxı" bu qış transfer pəncərəsi zamanı Cəlal Hüseynov, Murad Vəliyev, Vüsal Məsimov və Andrey-Kostin Tirkovaneunu sıralarına cəlb edib.