"Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Andrey-Kostin Tirkovaneunu heyətinə qatıb.
Rumıniyalı ilə ilyarımlıq müqavilə imzalanıb.
Qeyd edək ki, 27 yaşlı futbolçunun son klubu Kanadada “Pasifik” olub.