COP29

"Şamaxı"dan qovulan futbolçuya AFFA-dan vacib xəbərdarlıq

9 Yanvar 19:00 Şamaxı 686
"Şamaxı"dan qovulan futbolçuya AFFA-dan vacib xəbərdarlıq

Adı oyun nəticələrinin manipulyasiyasında hallanan "Şamaxı"nın futbolçusu Adil Nağıyevin yeni klub axtarışına stop qoyulub.

Düzdü, hazırda həm o, həm də onun sabiq komanda yoldaşı Georgi Kantariya barəsində araşdırmalar gedir.

Yekun qərar olmadığı üçün hüququ baxımdan adıçəkilən oyunçular aktiv futbolçu karyeralarını davam etdirə bilər.

Bu barədə saytımıza açıqlamasında UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli də araşdırma gedən futbolçularla bağlı hər hansı qadağa olmadığını dilə gətirmişdi.

Amma redaksiyamıza yeni informasiya daxil olub.

Belə ki, bir neçə gün əvvəl Nağıyev dindirilməsi üçün federasiyaya çağrılıb.

Söhbət əsnasında ona tapşırılıb ki, araşdırma bitənə qədər yeni klubla müqavilə imzalamaq barədə düşünməsin. Düzdü, bu fikri tövsiyə xarakterli olub.

Amma qeyri-rəsmi olaraq sabiq milli üzvünə qadağa qoyulması kimi də qəbul etmək olar.

Yalnız yekun qərar müdafiəçinin lehinə olacaqsa, ondan sonra istədiyi formada karyerasına davam edə biləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!
9 Yanvar 02:00 Bu da son gələn!