"Şamaxı" qış fasiləsində növbəti transferini gerçəkləşdirib.
Bölgə klubu braziliyalı forvardla güclənib.
Söhbət 31 yaşlı Mikael Santosdan gedir.
O, artıq yeni komandasının düşərgəsindədir.
Sağ-sol vinger mövqeyində də çıxış etmək bacarığı olan cənubi amerikalı "şirlər"ə azad agent kimi qoşulub.
"Vila Nova"nın yetirməsi Azərbaycana gələnə kimi İsrail, Litva və Portuqaliyada legioner həyatı yaşayıb.
SPORTİNFO.AZ