COP29

Azərbaycan klubundan qovulan: “Təkliflər var, karyeramı davam etdirəcəm”

6 Yanvar 22:20 Şamaxı 1 182
Azərbaycan klubundan qovulan: “Təkliflər var, karyeramı davam etdirəcəm”

Adı oyun nəticələrinin manipulyasında hallanan Georgi Kantariya özünə qarşı olan ittihamı doğru hesab etmir.

Gürcüstanlı yarımmüdafiəçi - hesab edir ki, o, oyunlara pul qoyuluşundə iştirak etməyib və buna görə də “Şamaxı” rəhbərliyinin iddiası əsassızdır.

Odur ki, hazırda vətənində olan Kantariya özünə yeni iş yeri axtarır.

Səbəbkar Sportinfo.az-a açıqlamasında təkliflərin olduğunu deyərək, karyerasını davam etdirəcəyini bildirib:

“Maraqlanan klublar var. Hazırda bəzi klublarla danışıq aparıram. İstəklərimi demişəm və onlardan cavab gözləyirəm. Yaxın günlərdə yenilik olmalıdır.

Qış fasiləsi elədir ki, klub tapmaq bir az çətindir. İstənilən halda karyeramı davam etdirəcəyəm”.

Dekabrın 9-da “Turan Tovuz”la səfər qarşılaşmasından əvvəl Adil Nağıyev və Georgi Kantariya “Şamaxı”dan uzaqlaşdırılıb.

Hazırda hər iki futbolçu ilə bağlı AFFA-da araşdırma aparılır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
7 Yanvar 18:10 Çək və bizə göndər!