“Kollektivdə ən sevdiyim şey - mübarizə, istək var. Məncə, ən önəmlisi budur”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın yeni transferi Cəlal Hüseynov deyib.
Premyer Liqa təmsilçisi bugünlərdə adıçəkilən mərkəz müdafiəçisini heyətinə qatıb.
Bolqarıstan “Arda”sına məxsus olan Hüseynov mövsümün sonuna qədər icarə əsasında "Şamaxı"da çıxış edəcək.
O, 2022/23-cü illər mövsümündə də bölgə klubunun forması ilə 34 oyuna çıxıb.
Mövsümün sonunadək “şirlər”in şərəfini qoruyacaq arxa xətt oyunçusu "Şamaxı"nın bu mövsüm çıxışını necə qiymətləndirisən” sualına cavabında aşağıdakıları söyləyib:
“Komandanın əvvəlki oyunlarını izləmişəm. Hər oyun olmasa da, uyğun olduqca baxırdım.
Komandanı bəyənirəm. Görülən işi yüksək qiymətləndirirəm.
"Sabah"la oyunda göstərdik ki, yaxşı futbol oynaya bilirik. Hər bir rəqiblə oyunda yaxşı nəticə əldə edə bilərik”.