“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Murad Vəliyevi heyətinə qatıb.
U-21 yığmamızın sabiq üzvü olan Vəliyevlə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb
22 yaşlı yarımmüdafiəçi “Levadiya”ya (Estoniya) məxsus olub, son olaraq icarə əsasında yerli “Nomme Yunayted”də çıxış edib.
"Şamaxı" bunadək Cəlal Hüseynovu transfer etmişdi.