Mövsümün birinci yarısında özünü yaxşı tərəfdən göstərən gənclərdən biri də Edqar Adilxanov oldu.
"Şamaxı"nın 19 yaşlı yarımmüdafiəçi xüsusilə "Qarabağ", "Turan Tovuz" və "Sabah" kimi iddialı rəqiblərlə oyunlarda qol vurması ilə diqqətləri üzərinə çəkmiş oldu.
Bir gənc azərbaycanlının öz potensialını yaxşı tərəfdən göstərməsi alqışalayiqdir.
Digər tərəfədən isə ən vacibi onun "ulduz xəstəliyi"nə tutulmamasıdır.
Görəsən, gənc futbolçu təcrübəli baş məşqçi Ayxan Abbasovdan bu yöndə nə kimi tövsiyələr alır?
Edqarı dinləyək:
"Mənə bildirir ki, göylərdə uçmaq olmaz. Sakit və sadə qal. Hələ heç nə etməmisən. Hər şey qarşıdadır.
Mənə şans verdiyi üçün Ayxan müəllimə çox sağ ol deyirəm. Oyun praktikam yox idi. Son 5 görüşdə mənə əsas heyətdə güvənir. Bugünkü uğurumun sirri baş məşqçimizlə bağlıdır. Hər şeyə görə Ayxan müəllimə, Elnur müəllimə (köməkçi məşqçi Elnur Çodarovu nəzərdə tutur) minnətdaram.
Onlar mənim potensialımı açdı. Hər zaman məşq etməli, üzərimdə daha çox işləməliyəm. İnşallah, belə də davam edərəm".
XANOĞLAN