"Şamaxı" növbəti transfer həmləsini edib.
"Şirlər" bu məqsədlə"Turan Tovuz"a təklif ünvanlayıb.
Ayxan Abbasov 2024-cü ilin yanvarında "Neftçi"dən Tovuza apardığı Fərid Yusiflini bu dəfə Şamaxıya gətirmək təşəbbüsü irəli sürüb.
O, yarımmüdafiəçini 5 aylıq icarəyə götürməyə cəhd göstərib.
Fərid ötən mövsümün ikinci hissəsindən etibarən qərb təmsilçisinin düşərgəsindədir. "Turan Tovuz" öncə icarəyə götürdüyü orta sahə oyunçusu ilə 2024-cü ilin avqustunda 3 illik müqavilə imzalayıb.
22 yaşlı gənc Ayxan Abbasovun vaxtında 10 Premyer Liqa oyununa çıxıb. Kurban Berdiyevin gəlişindən sonra onun vəziyyəti də dəyişib.
Rusiyalı çalışdırıcı yerli həmkarından fərqli olaraq, "Neftçi"nin yetirməsinə az-az şans verir.
SPORTİNFO.AZ