COP29

"Qarabağ" maraqlandı, əl-ayağa düşdülər, maaşını iki dəfə artırdılar

30 Dekabr 2024 23:45 Şamaxı 8 599
"Qarabağ" maraqlandı, əl-ayağa düşdülər, maaşını iki dəfə artırdılar

“Şamaxı” dünən Edqar Adilxanovla müqaviləni yenilədi.

19 yaşlı yarımmüdafiəçi ilə budəfəki sözləşmənin müddəti iki il yarımdır.

Adilxanov bu mövsüm Premyer Liqada 10 oyuna çıxıb, 2 qol vurub.

2023-cü ildən «şirlər»in sıralarında yer alan qusarlı gəncin kontraktı gələn ilin yayında bitməli idi. Əyalət təmsilçisi onunla əməkdaşlığı davam etdirmək fikrinə təsadüfən düşməyib.

Dekabr ayından etibarən əsas heyətdə özünə yer edən Edqar beləcə, Ayxan Abbasovun verdiyi imkandan maksimum yararlanıb, yaxşı təsir bağışlayıb.

Əslində, baş məşqçi bu addımı məcburiyyətdən atıb. İlkin Muradov, Adil Nağıyev və Georgi Kantariyanın ayırlmasından sonra ilk «11-liy»i qurmağa çətinlik çəkən çalışdırıcı üzünü ehtiyat skamyanın «daimi sakinlər»inə tutmalı olub.

Adilxanov ay ərzində sərgilədiyi əla oyunla «Qarabağ» başda olmaqla, Premyer Liqanın iddialı klublarının diqqətini çəkib.

Ona yalnız yerli deyil, eyni zamanda, xarici komandalardan bir neçə təklif gəlib. Abbasov bundan xəbər tutan kimi «Şamaxı» rəhbərliyini hərəkətə gətirib, Edqarla müqavilənin uzadılmasını tapşırıb.

Yeni kontrakt isə səbəbkara əvvəlkindən daha çox pul qazandıracaq. «Şirlər» U-19 yığmasının sabiq üzvünə əvvəlki ilə müqayisədə iki dəfə artıq əməkhaqqı ödəməyi üzərinə götürüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti