COP29

Rəhbər şəxsin etirafı: "Nəticə gözlədiyimizdən də yaxşıdır, amma vacib olanı..."

1 Yanvar 16:30 Şamaxı 720
Rəhbər şəxsin etirafı: "Nəticə gözlədiyimizdən də yaxşıdır, amma vacib olanı..."

"Birmənalı olaraq deməliyəm ki, mövsümün birinci yarısı nəticələrimiz gözləniləndən yaxşı oldu".

Bunu Sportinfo.az-a açıqlamasında "Şamaxı"nın idarə heyətinin sədri Elçin Usub dilə gətirib.

Rəhbər şəxs əlavə edib ki, nəticədən vacib baş məşqçinin ortaya bəlli bir oyun modeli qoyması onları sevindirir:

"Həyatda hər şey nəticə ilə bağlıdır. 7-ci pillədə yer alırıq.

Amma əsas sevindirici məqam odur ki, komanda meydana çıxanda nə etmək istədiyi bilinir. Bir oyun üslubu var.

Azarkeşlərin futboldan həzz almaq fürsətləri var. İnşallah, belə də davam edərik".

Xatırladaq ki, 18 turdan sonra aktivində 17 xalı olan "Şamaxı" Premyer Liqanın birinci yarısını 7-ci pillədə tamamlayıb.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti