Digər Premyer Liqa təmsilçiləri kimi "Şamaxı"nın da qış hazırlıq planı artıq məlumdur.
Kollektiv təlim-məşq toplanışı üçün yanvarın 2-si Bakıda bir araya gələcək.
9-u və 12-si uyğun olaraq "Zirə" və "Sabah"la yoxlama matçları keçiriləcək.
Maraqlıdır, "şirlər"in Şamaxıda yaxşı bazası olduğu halda, paytaxta üz tutması nə ilə bağlıdır?
Sorğumuza cavab olaraq komandanın baş məşqçisi Ayxan Abbasov bunları dedi:
"Birinci səbəb hava şəraitidir. Bu aylar Şamaxıda qar yağır. Meydanın təmizlənməsində çətinlik çəkirik. Məşqlərimiz alınmaya bilər. "Səbail" məlum oyunda yaşananlar hamının yadındadır. Bizi ən çox narahat edən budur.
Həm də nəzərə alaq ki, yoxlama görüşlərimiz Bakıda olacaq. Get-gəl olmasını istəmədik. Fasilədən sondakı ilk oyunumuz da "Qarabağ"la Bakıda olacaq".
XANOĞLAN/ SPORTİNFO.AZ