“Qarabağ”la oyundan sonra “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov maraqlı faktın üstünü açmışdı.
Təcrübəli mütəxəssis Leroy Mikelsi 2 ildir izlədiyini, hələ “Turan Tovuz”u çalışdırdığı dönəmdə onu komandasında görmək istədiyini bildirmişdi.
Lakin keçid müxtəlif səbəblərdən baş tutmamışdı.
Almaniyalı hücumçu Sportinfo.az-a Azərbaycana daha öncə gəlməməsinin səbəbini deyib:
“Baş məşqçimiz doğru vurğulayır. Agentim daha öncə də mənə Azərbaycandan təklif olduğunu söyləmişdi.
Açığı, o vaxt da gəlmək istəyirdim. Lakin təkliflərin arasından ən sərfəlisini seçdiyimə görə həmin dönəmdə Azərbaycana yox, başqa ölkəyə yollanmışdım.
Bəlkə də o vaxt gəlsəydim, daha yaxşı olardı. Demək ki, qismət bu dəfəyə imiş”.
Leroy Mikels Premyer Liqada meydana çıxdığı 16 qarşılaşmada 4 qol və 3 assistlə yadda qalıb.
HƏBİB